Kann festivalının bağlanış günü işıqlar söndü

24.05.2025

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

78-ci Kann festivalının bağlanış mərasimi günü Fransanın cənubunda böyük elektrik enerjisi kəsintisi qeydə alınıb.

Kult.az xəbər verir ki, məlumatı BFMTV telekanalı yayıb.

Bildirilib ki, elektrik kəsintisi nəticəsində təxminən 160 min ev, o cümlədən Kann şəhərinin bir hissəsi işıqsız qalıb.

Məlumata görə, Tanneron bölgəsində yerləşən yüksək gərginlikli yarımstansiyada yanğın baş verib və bir neçə saat sonra Sen-Kasyen gölü yaxınlığında elektrik dirəyi aşıb.

Yanğının qəsdən törədildiyi ehtimal olunur.

Festival çərçivəsində keçiriləcək bir sıra film nümayişləri təxirə salınıb.

Bununla belə, təşkilatçılar bildiriblər ki, yerli vaxtla saat 18:40-a planlaşdırılan bağlanış mərasimi alternativ generatorların köməyi ilə baş tutacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью