Icma.az, Fanat portalına istinadən məlumat verir.
DÇ-2026-nın qrup mərhələsinin 2-ci turunda Portuqaliya millisinə 0:5 hesabı ilə uduzan Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaro ağır yenilgini dəyərləndirib.
Fanat.Az-ın FIFA-nın mətbuat xidmətinə istinadən məlumatına görə, o, mətbuat konfransında belə danışıb:
"Özbəkistan millisi üçün ilk dəfə qatıldığı dünya çempionatının asan olmayacağı öncədən bəlli idi. Püşkatmadan sonra Kolumbiya və Portuqaliya yığmlarının adlarını görəndə vəziyyətin mürəkkəbliyini anlamışdıq.
Kolumbiya ilə oyundan sonra komanda ilə qürur duduğumu demişdim. Bu gün də eyni sözləri təkrar edə bilərəm. Təbii, bizim oyunçular üçün çətin idi, meydanda ciddi problemlərlə üzləşdilər, amma bir an belə, təslim olmalıdılar".
Qeyd edək ki, ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyunun 11-də başlayıb. Turnir iyulun 19-da yekunlaşacaq. Son dünya çempionu Argentina millisidir.
Toğrul