Icma.az bildirir, Fanat saytına əsaslanaraq.
Özbəkistan millisinin baş məşqçisi Fabio Kannavaro dünya çempionatları tarixində həm futbolçu, həm baş məşqçi qismində mundiallarda iştirak etmiş 4-cü "Qızıl top" sahibi olub.
Fanat.Az "Opta Sports"a istinadən xəbər verir ki, daha öncə bunu Frants Bekkenbauer, Oleq Bloxin və Marko van Basten edə bilib.
Kannavaro ötən ildən Özbəkistan millisinin "sükanı arxası"ndadır. Sözügedən yığma italiyalı mütəxəssisin rəhbərliyi altında DÇ-2026-nın qrup mərhələsinin 1-ci turunda Kolumbiyaya 1:3 hesabı ilə uduzub. O, "Qızıl top" mükafatını 2006-cı ildə qazanıb.
Toğrul