Kannavaronu Xorvatiyadan qovdular RƏSMİ

09.04.2025

Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Zaqreb "Dinamo"sunun baş məşqçisi Fabio Kannavaro istefaya göndərilib. 

Fanat.Az xəbər verir ki, bu barədə Xorvatiya klubunun rəsmi saytı məlumat yayıb. 

"Dinamo"nun Xorvatiya çempionatının son oyununda "İstra"ya 0:3 hesabı ilə uduzması rəhbərliyin səbr kasasını daşırıb. 

Kannavaro dekabrın sonundan "Dinamo"nu çalışdırırdı. İtaliyalının rəhbərliyi altında 14 rəsmi oyuna çıxan zaqreblilər 7 qələbə, 2 heç-heçə və 5 məğlubiyyətlə üzləşib. 

Zaqreb “Dinamo”su hazırda Xorvatiya çempionatının turnir cədvəlində üçüncü yeri tutur. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью