Kannda qanlı hadisə: Palma ağacı festivalın qonağını xəstəxanalıq etdi

18.05.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Faciəli hadisə dünyanın ən nüfuzlu kino forumlarından biri olan Kann Kino Festivalının qonaqlarını sarsıdıb. Belə ki, məşhur Kruazett bulvarında gəzinti zamanı festival qonağının üzərinə gözlənilmədən palma ağacı aşıb və onu ciddi yaralayıb.

Oxu.Az bu barədə Gazeta.ruya istinadla xəbər verir.

Hadisədən sonra yaralı təcili xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti ilə bağlı əlavə məlumat verilməyib.

Festival rəhbərliyi jurnalistlərin zərərçəkənin vəziyyəti ilə bağlı suallarını cavablandırmayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью