Kanoeçimiz Masters kateqoriyasında Avropa çempionu olub Fotolar

12.06.2026

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Portuqaliyanın Montemor-u-Velyu şəhərində kayak və kanoe üzrə Avropa çempionatı keçirilir. 

“Qafqazinfo” xəbər verir ki, təmsilçimiz Boqdan Kurudz (35–39 yaş) Masters kateqoriyasında qızıl medal qazanıb. 500 metr məsafəyə birnəfərlik kanoe qayığında mübarizə aparan Kurudz bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu adına layiq görülüb.

Qeyd edək ki, Boqdan Kurudz iyunun 13-də birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışacaq. 





Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью