Kanoyçumuz 12 ci oldu

17.05.2025

Icma.az, sport24.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Kanoe üzrə Dünya kuboku davam edir. Sport24.az xəbər verir ki, Macarıstanın Seqed şəhərində keçirilən yarışda iştirak edən yeganə təmsilçimiz Tatyana Smilovenko 500 m məsafədə çıxışını başa vurub.

O, B finalına qatılıb. Məsafəni 2 dəqiqə 17,02 saniyəyə qət edən idmançımız finişə 3-cü çatıb. A finalında 9 kanoeçinin iştirak etdiyini nəzərə alsaq, Tatyana ümumilikdə 12-ci olub.

Qeyd edək ki, idmançımız bu gün 200 m məsafədə start xəttinə çıxacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью