Kanselo: “Favoritlər Almaniya və İspaniyadır”

21.04.2026

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

Portuqaliya millisinin futbolçusu Joao Kanselo açıqlama verib.

Futbolpress.az xəbər verir ki, cinah müdafiəçisi Avro-2024 haqda fikirlərini bölüşüb:

“Avro-2024-ün favoritləri Almaniya və İspaniya millisidir. Daha 3-4 komanda adı çəkmək olar. Biz də digərləri kimi qələbə ilə turnirə başlamaq istəyirik. Bunu bacaracaq gücümüz var”.

Portuqaliya F qrupunda Çexiya, Türkiyə və Gürcüstanla mübarizə aparacaq. Komanda sabah ilk oyunda çexlərlə üz-üzə gələcək. Görüşə saat 23:00-da start veriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью