Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Əl Hilal”ın futbolçusu Joau Kanselu karyerasını İspaniyada davam etdirəcək.
Futbolpress.az xəbər verir ki, “Barselona” portuqaliyalı müdafiəçinin icarəsi üçün Səudiyyə Ərəbistanı klubuyla anlaşıb. Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
“Barselona” Kanselu üçün 4 milyon avro ödəyəcək. O, yaya kimi kataloniyalıların uğurları üçün çalışacaq.
Portuqaliyalı futbolçu 2023/24 mövsümündə də “Barselona”da icarədə olub.