Kansler almanları qorxuya saldı: “Pulumuz çatmır”

26.11.2026

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

Almaniya kansleri Fridrix Mets dünən Bundestaqda çıxışı zamanı ölkənin bir sıra ənənəvi sosial imtiyazlardan imtina etməli olacağını bildirib. Onun sözlərinə görə, əks halda bir neçə ildən sonra federal büdcənin bütün gəlirləri sosial ödənişlərə, müdafiə xərclərinə və dövlət borcuna xidmətə yönəldiləcək.
Bizim.Media xəbər verir ki, Almaniyanın iqtisadi problemləri hələ 2018-ci ildə avtomobil sənayesində geriləmə, xarici tələbatın zəifləməsi və Çindən gələn rəqabətin güclənməsi ilə başlayıb. Ölkənin real ÜDM-i 2019-cu ildən bəri demək olar ki, artmayıb.

Bundan əlavə, pandemiya, ucuz Rusiya qazının itirilməsi, faiz dərəcələrinin yüksəlməsi və ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi gömrük rüsumları böhranı daha da dərinləşdirib. 2025-ci ilə qədər enerji tutumlu sahələrdə istehsal 2021-ci illə müqayisədə 17,8 faiz azalıb. Almaniyanın ixracı isə 2022–2025-ci illərdə 3,9 faiz geriləyib.

İqtisadi durğunluq, əhalinin yaşlanması və işçi qüvvəsi çatışmazlığı fonunda Almaniya pensiyalara, müdafiəyə və dövlət borcuna xidmətə çəkilən xərcləri artırmağa məcburdur. Bu isə digər sahələrin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırır.
2027-ci il üçün federal büdcə layihəsində təxminən 560 milyard avro həcmində rekord xərclər nəzərdə tutulub.
Bununla yanaşı, yeni borclanmaların ümumi həcminin təxminən 210 milyard avro olacağı gözlənilir.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью