Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski 8 ci Almaniya Ukrayna İqtisadi Forumunda iştirak edəcəklər

15.12.2025

Icma.az, Yeniazerbaycan saytına istinadən bildirir.

Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına dair sülh danışıqlarının müzakirəsi üçün Berlində keçiriləcək görüşlə əlaqədar Almaniya paytaxtında geniş təhlükəsizlik tədbirləri görülüb.

AZƏRTAC xəbər verir ki, təhlükəsizlik tədbirlərinə Almaniyanın demək olar ki, bütün federal torpaqlarından təhlükəsizlik qüvvələri və federal polis, o cümlədən Berlin polisinin 3600 əməkdaşı cəlb olunub. Həmçinin ictimai nəqliyyatın hərəkəti bəzi istiqamətlərdə məhdudlaşdırılıb.

Ötən gün keçirilmiş ABŞ-Ukrayna danışıqları bu gün davam etdirilir. ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkof dünən axşam danışıqların ilk mərhələsi ilə bağlı X platformasında etdiyi paylaşımda 20 maddəlik sülh planı, iqtisadi gündəlik və digər məsələlər üzrə ətraflı və dərin müzakirələrin aparıldığını və əhəmiyyətli irəliləyişin əldə olunduğunu açıqlamışdı. O, görüşün bu gün davam etdirilməsi barədə razılığın əldə olunduğunu bildirmişdi.

Bu gün Kansler Fridrix Merts və Prezident Volodimir Zelenski 8-ci Almaniya-Ukrayna İqtisadi Forumunda iştirak edəcəklər. İqtisadi Forum ikitərəfli iqtisadi əlaqələr və bu əməkdaşlığın Ukraynanın dəstəklənməsində roluna həsr olunub.

Axşam saatlarında isə Fridrix Merts, Volodimir Zelenski, Avropa İttifaqının və NATO-nun yüksəksəviyyəli nümayəndələri danışıqlara qoşulacaqlar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью