Kansler gümüşü çemodanda nələr daşıyırmış...

03.12.2024

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

Almaniya kansleri Olaf Şolts Kiyevə səfəri zamanı əlində götürdüyü çemodan müzakirələrə səbəb olub.

"Cebheinfo.az" Modern.az- a istinadən xəbər verir ki, kanslerin gümüşü rəngli çemodanında nələrin ola biləcəyi barədə fikirlər irəli sürülüb.

Mətbuatda çemodanın “Rimova” brendə məxsus olduğu bildirilir. NTV kanalının məlumatına görə, onun çemodanında kofe və sendviçlər olan termos olduğu ehtimal edilir.

Zelenski ilə mətbuat konfransında Şoltsdan çemodanda nə olduğu soruşulub. O, səyahət əşyalarını daşıdığını bildirib.

Xatırladaq ki, Almaniya kansleri dünən, dekabrın 2-də Ukraynanın paytaxtına səfər edib. O, Almaniya hakimiyyətinin Kiyevə dəstəyinin zəifləməyəcəyinə söz verib. 

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью