Kansler Trampla görüşdən sonra hədəfə çevrildi

04.03.2026

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla görüşündə davranışına görə tənqid edilir.

Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.

“Kanslerin kameralar qarşısında Trampla ziddiyyət yaratmamaq üçün etdikləri alçaldıcı görünürdü. Merzin sükutu açıq-aydın bir strategiyanın bir hissəsi idi. Birincisi o, kamera qarşısında Trampla mübahisə etmək istəmirdi. İkincisi, təkbətək görüşdə onu Almaniyanın mövqeyini qəbul etməyə inandırmağa çalışırdı”, – deyə bildirilib.

“Politico” həmçinin hesab edir ki, Merzin davranışı onun “çarəsizliyini” nümayiş etdirir.

Qeyd edək ki, 3 martda Tramp və Merz Ağ Evdə görüşdülər. Görüş zamanı Merzin İspaniya və Birləşmiş Krallığı müdafiə etdiyi və bunun da Trampı qıcıqlandırdığı bildirildi.

Əliyar Xəlil
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью