Kanslerdən Trampa NATO xəbərdarlığı....

03.07.2026

Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Almaniya kansleri Fridrix Merz ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu ABŞ-ın müstəqilliyinin 250 illiyi münasibətilə təbrik edib.

Axar.az xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin sözçüsü Ştefan Kornelius jurnalistlərə deyib.

"O (kansler) almanlar və amerikalılar arasındakı xüsusi əlaqəni vurğulayıb. Kansler və ABŞ Prezidenti Ankarada keçiriləcək NATO sammitindən əvvəl mövqelərini əlaqələndirmək fürsətindən istifadə ediblər.

Kansler vurğulayıb ki, Almaniya Avro-Atlantik bölgəsində təhlükəsizlik üçün daha böyük məsuliyyət daşıyacaq. NATO transatlantik olaraq qala bilmək üçün daha avropalı olacaq”, - deyə o bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью