Kante: Qələbə qazanacağımıza inanmalıyıq

20.02.2026

Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Kante: "Qələbə qazanacağımıza inanmalıyıq"

"Fənərbaxça"nın yeni transferi Nqolo Kante Avropa Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində "Nottinqem Forest"ə 0:3 hesabı ilə uduzmaqları haqda danışıb.

QOL.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi UEFA-nın saytına açıqlamasında deyib: 

"Fənərbaxça"da oynamaq xoş bir hissdir. Üç ildən sonra Avropada ilk oyunumu keçirdim. Amma təəssüf ki, bu gecə rəqiblərimizə ən yaxşı şəkildə cavab verə bilmədik. Daha yaxşı olmalı idik. Əlbəttə ki, qarşıda cavab oyunumuz var. Biz qələbə qazanacağımıza inanmalıyıq".

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu İngiltərədəki "Siti Qraund" stadionunda keçiriləcək və Mərkəzi Avropa vaxtı ilə 26 fevral, saat 21:00-da, Bakı vaxtı ilə isə 27 fevral, saat 00:00-da başlayacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью