Kante Türkiyə yolunda Fabritsio Romano açıqladı | Icma.az
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransalı yarımmüdafiəçi Nqolo Kante Səudiyyə Ərəbistanı "Əl-İttihad"ını tərk edib Avropaya qayıda bilər.
Fanat.Az xəbər verir ki, məlumatı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
Yarımmüdafiəçinin transferində əsas favorit "Fənərbağça"dır.
Həmçinin, İngiltərə Premyer Liqasının adı açıqlanmayan klublarından biri keçmiş "Çelsi"linin xidmətlərində maraqlıdırr.
34 yaşlı Kante 2023-cü ilin yayından bəri Səudiyyə Ərəbistanı çempionatında oynayır.
Onun "Əl-İttihad" ilə hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonunda bitir.
Yarımmüdafiəçinin bazar dəyəri təxminən 4.5 milyon avro olaraq qiymətləndirilir.
Tam oxu
Xəbəri oxu