Kantedən nəcib addım 5 milyon xərclədi

30.03.2025

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Çelsi"nin və Fransa millisinin sabiq futbolçusu Nqolo Kante Malidə tibb mərkəzinin tikintisinə başlayıb.

Fanat.Az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin məlumatına görə, səhiyyə ocağının tikintisi futbolçuya 5 milyon dollara başa gələcək.

Qeyd edək ki, bu Kante tərəfindən ilk xeyriyyə addımı deyil. O, bundan əvvəl Malidə məktəb və uşaq bağçaları tikdirib. Nqolo Fransada anadan olmasına baxmayaraq, valideynləri vaxtilə Parisə Malidən köçüblər.

Kante 2023-cü ildən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edir.

Mirağa

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью