Kanye meyiti ilə bağlı vəsiyyətini açıqladı

14.04.2025

Icma.az bildirir, Milli.az portalına istinadən.

Məşhur ABŞ-li reper Kanye Uestin dəbdəbəli dəfn mərasimi tam bir həftə davam etməli, ziyarətçilərdən isə mütləq şəkildə pul alınmalıdır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə reper "X" sosial şəbəkəsində yazıb. O, ölümündən sonra balzamlanmaq (çürüməməsi üçün meyitə xüsusi maddələr hopdurmaq, mumiyalamaq - red.) istədiyini də vurğulayıb.

"Məni balzamlayın. Anamın evinə qoyun və insanların məni ziyarət etməsinə imkan yaradın", - deyə Kanye Uest öz arzularını dilə gətirib.

"Hər gün yas tədbirlərinin siyahısına 10 saatlıq xidmət də daxil edilməlidir", - deyə reper vurğulayıb.

O vəsiyyət edib ki, qonaqlardan yığılan bütün pullar yaxın məhəllələrin abadlaşdırılmasına sərf edilsin.
Milli.Az 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью