Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Reper Kanye Uestin 13 yaşlı qızı Nort Uest “Halloween” obrazı ilə pərəstişkarlarını təəccübləndirib.
OLAY yazır ki, yeniyetmə britaniyalı realiti-şou ulduzu Natali Nannın obrazına girib.
Nort obrazı üçün üzərində “Zeus” yazısı olan qara mayka, dəri yubka və tanınan aksesuarlar seçib. Bənzərliyi daha da artırmaq üçün onun vizajist xidmətindən də yararlandığı ehtimal olunur.
Onun görünüşünü təkcə izləyiciləri deyil, realiti-şou ulduzunun özü də bəyənib.