Kapadokiyadakı uçqunda ər arvad həlak olub Yenicə evlənibmişlər

30.10.2026

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, ötən gün Nevşehirin Kapadokiya bölgəsində yerləşən Göreme Açıq Hava Muzeyinin girişində “Pəri bacası”nın uçması nəticəsində 3 nəfər həlak olub.

“Qafqazinfo”nun məlumatına görə, onlardan ikisi türkiyəli, digəri isə Fransa vətəndaşıdır.

Uçqun zamanı ölən 31 yaşlı Fatih Eray Tuna və Begüm Çetinkaya Tuna evli olublar. Onlar bu ilin iyul ayında ailə həyatı qurubmuşlar.

Qeyd edək ki, hadisə nəticəsində 3 fransız və 2 türkəsilli şəxs xəsarət alıb. Onların müalicəsi xəstəxanada davam etdirilir.



Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью