Kapello “İnter” barədə: “Komanda oynamır, meydanda gəzişir”

22.10.2026

Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

İtaliyalı məşhur məşqçi Fabio Kapello “İnter”in UEFA Çempionlar Liqasında nümayiş etdirdiyi oyunu sərt tənqid edib.

İdman.Biz “Calciomercato”ya istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis Milan təmsilçisinin “Şaxtyor”la qarşılaşmadakı çıxışından narazı qalıb.

Kapello baş məşqçi Kristian Kivunun komandasının oyuna yanaşmasını düzgün hesab etməyib:

“Dünən axşam pis və ruhsuz bir “İnter” gördüm. Komanda ilk hissədə meydanda oynamırdı, gəzişirdi. Oyunçuların hərəkətlərində sürət yox idi, pressinq etmirdilər. İlk hissədə qapıya cəmi bir zərbə endirdilər”.

Təcrübəli mütəxəssis komandanın yalnız 60-cı dəqiqədən sonra fəallaşdığını vurğulayıb:

“Baş məşqçinin əvəzetmələrindən sonra hər şey dəyişdi. Futbolçular daha fəal oynamağa başladılar və meydanda fərqli “İnter” gördük. Ancaq yalnız son yarım saatda yüksək sürətə keçmək olmaz. Belə səviyyədə cəmi 30 dəqiqə oynamaq kifayət etmir”.

Kapello hesab edir ki, Kivu komandasının oyunlara yanaşmasını dəyişməli, futbolçular isə ilk dəqiqələrdən daha yüksək intensivlik nümayiş etdirməlidirlər.

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью