Kapello Milan ı sərt tənqid etdi Çirkin və eybəcər...

20.01.2025

Icma.az bildirir, Fanat portalına istinadən.

Əfsanəvi italyan mütəxəssis Fabio Kapello "Milan"ın İtaliya çempionatının 21-ci turunun mərkəzi qarşılaşması olan "Yuventus"la oyununu sərt tənqid edib. 

Fanat.Az xəbər verir ki, "Football-Italia" onun dediklərini belə çatdırıb: 

“Bu görüşün nəticəsi Çempionlar Liqasına vəsiqə uğrunda həlledici ola bilər. Diqqətimi çəkən “rossoneri”nin anlaşılmaz oyunu oldu. Bu, rəqibindən açıq-aydın aşağı olan çirkin və eybəcər "Milan" idi”. 

Bu oyundan sonra "Yuventus" 37 xal toplayıb və İtaliya çempionatının turnir cədvəlində 5-ci yerdədir. "Milan"a gəlincə, “rossonerilər” 31 xalla səkkizinci pillədə qərarlaşıb.

Mirağa

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью