“Kapital Bank” 25 mln. dollar həcmində istiqraz buraxır

29.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Kapital Bank” ASC 25 milyon dollar həcmində istiqraz buraxır.

"APA-Economics" xəbər verir ki, 29 dekabr 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Kapital Bank” ASC-nin istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

Qeyd olunan istiqrazların yerləşdirilməsi Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə həyata keçiriləcək. 7% gəlirlilik təklif edilən faizli, təmin edilməmiş sənədsiz, adlı istiqrazları sayı 250 min ədəd, ilkin ticarət qiyməti 100 dollardır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью