Kapital Bank 3 cü dəfə “Mükəmməl iş yeri” sertifikatına layiq görüldü | Icma.az
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürənlərdən biri olan Kapital Bank üçüncü dəfə ardıcıl olaraq beynəlxalq “Mükəmməl iş yeri” (Great Place to Work) sertifikatını qazanaraq, işçi məmnuniyyəti və iş mühiti standartlarının qorunması istiqamətində davamlı uğurlarını bir daha təsdiqlədi.
SİA xəbər verir ki, bu nailiyyət Kapital Bank-ı ölkəmizdə üçüncü dəfə belə uğura imza atan ilk və yeganə yerli şirkət edir, həmçinin onun davamlı inkişaf edən təşkilati mədəniyyətini və insan yönümlü yanaşmasını nümayiş etdirir.
Qeyd edək ki, “Great Place to Work” beynəlxalq tədqiqat və konsaltinq şirkəti 60-dan çox ölkədə fəaliyyət göstərir və şirkətlərin işçiləri tərəfindən qiymətləndirilməsini aparır.
Sertifikat yalnız yüksək nəticə göstərən şirkətlərə təqdim olunur və şirkətlərdə iş mühiti, motivasiya, inkişaf imkanları və daxili kommunikasiya keyfiyyətlərini qiymətləndirir.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, İnsan kapitalı və Təşkilati inkişaf üzrə Baş inzibatçısı Fərqanə Məmmədova vurğulayıb ki, bu uğurun arxasında bankla əməkdaşlar arasındakı qarşılıqlı etimad və dəstək dayanır.
“Artıq üçüncü ildir ki, Kapital Bank beynəlxalq “Mükəmməl iş yeri” sertifikatına layiq görülür.
Bu, bizim üçün sadəcə bir mükafat deyil, 6 minə yaxın əməkdaşımızın səmimi rəyidir.
Tam oxu
Xəbəri oxu