Kapital Bank ın BOKT ı 2 milyon manat cəlb edir ŞƏRTLƏR

01.12.2025

Marja.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bir Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) istiqraz buraxılışı yolu ilə 2 milyon manat cəlb etməyə hazırlaşır.

"Marja" xəbər verir ki, təşkilat hər birinin nominal dəyəri 100 manat olan 20 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqraz buraxıb.

VTB-də yüksək depozit faizləri daha çox qazandırır

Qiymətli kağızlar kütləvi təklif üsulu ilə yerləşdiriləcək və 1 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 11,5 %-dir. Faizlər aylıq ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.

Emitent tədavül müddətində qiymətli kağızları nominal dəyərindən aşağı olmamaq şərti ilə geri almaq öhdəliyinə malikdir.

"Birkart" 2018-ci ildə yaradılıb. BOKT-un təsisçisi 100 % "Kapital Bank" ASC-dir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью