Kapital Bank ın depozit portfeli 10 milyard manata yaxınlaşır

21.04.2025

Banco.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

"Kapital Bank"ın xalis mənfəəti 2025-ci ilin 31 mart tarixinə 54 milyon 886 min manat təşkil edib.  

Banco.az bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, bu ilin 1 aprel tarixinə "Kapital Bank"ın aktivləri illik müqayisədə 3 milyard 681 milyon 290 min manat və ya 42% artaraq 12 milyard 448 milyon 104 min manata çatıb.

Aprel ayının əvvəlinə "Kapital Bank"ın kredit portfeli 5 milyard 338 milyon 917 min manat, depozit portfeli isə 9 milyard 3 milyon 883 min manat olub. Bunlar da 2024-cü ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 941 milyon 824 min manat (21,4%) və 2 milyard 330 milyon manat (34,9%) çoxdur. 

Həmçinin qeyd edək ki, 31 aprel 2025 tarixinə bank 1 milyard manatdan çox (1 milyard 35 milyon 329 min manat) məcmu kapitala malik olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью