Kapital Bank ın depozit portfeli 10 milyard manatı ötüb

05.11.2026

Icma.az, Banco.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Müəllif: Gülnar Əhmədli, Banco.az

Kapital Bank-ın depozit portfeli 30 sentyabr 2026-ci il tarixinə 10 milyard 305 milyon 802 min manat təşkil edib. 

Banco.az xəbər verir ki, bankın depozit portfeli 2025-ci ilin sonu ilə müqayisədə 1 milyard 634 milyon 941 min manat və ya 18,9% artıb.

Hesabat dövründə bankda fiziki şəxslərin depozitləri 4 milyard 95 milyon 139 min manat, hüquqi şəxslərin depozitləri isə 6 milyard 210 milyon 723 min manat təşkil edib. 

İlin əvvəli ilə müqayisədə fiziki şəxslərin depozitləri 1 milyard 2 milyon 591 min manat (32,4%), hüquqi şəxslərin depozitləri isə 632 milyon 350 min manat (11,3%) artıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью