Metbuat saytına istinadən Icma.az xəbər verir. Kapital Bank-ın dəstəyi ilə “Nə? Harada?
Nə zaman?” oyunu üzrə respublika çempionatı başa çatdı Metbuat.az xəbər verir ki, ötən gün “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə?
Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib. İki mərhələdən ibarət olan çempionatın seçim turu onlayn formatda baş tutub.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçıların bilikləri 3 tur olmaqla ümumilikdə 36 sualla sınağa çəkilib.
Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasında Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası çempionatın üçüncüsü seçilib.
Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası ikinci yerdə qərarlaşıb.
Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası isə bilik yarışında birinci ola bilib.