Kapital Bank ın dollar istiqrazlarına abunə yazılışı yekunlaşıb | Icma.az
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Xəbər verdiyimiz kimi 8 yanvar 2025-ci il tarixində Kapital Bank-ın 25 milyon ABŞ dolları həcmində subordinasiya istiqrazlarının abunə yazılışına start verilib.
İstiqrazları 10 yanvar 2025-ci il tarixindən etibarən 12 gün ərzində Kapital Bank filiallarından əldə etmək mümkün olub.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında abunə yazılışı üsulu ilə olan yerləşdirilməsi 24 yanvar 2025-ci il tarixində yekunlaşıb.
120 investorun iştirak etdiyi yerləşdirmədə ümumi sifarişlərin həcmi 25 milyon ABŞ dolları olub.
İstiqrazların nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi 7%, faiz ödəniş dövrü hər 30 gündən bir, tədavül müddəti isə 7 il təşkil edir.
Yerləşdirmə üzrə anderrayter “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir.
Kapital Bank-ın dollar istiqrazlarını əldə edən hər kəs illik gəlirini nə az, nə çox 7% artıra bilər.
Tam oxu
Xəbəri oxu