Kapital Bank ın rəhbərliyinə təyinat olub

19.02.2026

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Cəlal Orucov "Kapital Bank"ın İdarə Heyətinin üzvü və sədr müavini təyin olunub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə bankdan bildirilib. Məlumata görə, bununla bağlı qərar bankın Müşahidə Şurası tərəfindən verilib. Qeyd edilib ki, Cəlal Orucov "Kapital Bank"ın Ödənişlər biznesinə və "PashaPay"ə rəhbərlik edəcək.

Qeyd edək ki, Cəlal Orucov Azərbaycanın aparıcı maliyyə institutlarında rəhbər vəzifələrdə çalışıb. O, Mərkəzi Bankda Ödəniş sistemlərinin inkişafı bölməsinin rəhbəri, MilliKart şirkətində Baş icraçı direktor, Unibank və Azərbaycan Beynəlxalq Bankında Texnologiyalar üzrə Baş direktor, "PAŞA Bank"da Əməliyyatlar üzrə Baş direktor və İdarə Heyətinin üzvü kimi fəaliyyət göstərib. Cəlal Orucov eyni zamanda "PAŞA Kapital"da Müşahidə Şurasının üzvüdür.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью