Icma.az, Lent az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2025-ci il iyunun 2-də Xankəndi şəhərində yerləşən Qarabağ Universitetində “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib.
“Gələcəyin Qarabağı üçün birgə addımlar” konsepti ilə baş tutan forum Qarabağ bölgəsində təhsilin və insan kapitalının inkişafına həsr olunmuş aparıcı platforma olaraq çıxış edib.
Forumun açılış mərasimində Qarabağ Universitetinin rektoru Şahin Bayramov və Azərbaycan Respublikasının Elm və Təhsil naziri Emin Əmrullayev çıxış edərək Qarabağın inkişafında təhsilin rolunu, bölgənin bərpası üçün yüksək ixtisaslı kadr hazırlığının əhəmiyyətini vurğulayıblar.
Açılış mərasimindən sonra Qarabağ Universiteti tələbələri üçün təqaüd proqramının təsis olunması ilə bağlı sənədlər imzalanıb.
Bu təşəbbüs bölgədə təhsil imkanlarının genişləndirilməsinə və tələbələrin inkişafına hədəflənib.
Forumda iki müxtəlif istiqamətdə panel müzakirələri də gerçəkləşib.
İlk panel Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə “Böyük Qayıdış: Çağırışlar və imkanlar” mövzusunda baş tutub.