Mia.az saytına istinadən Icma.az xəbər verir. Əkrəm HƏSƏNOV Ekspert *** Bir neçə ildir ki, “Kapital Bank”ın bu və ya digər əməkdaşı mənə tək
Hər dəfə də imtina edirəm (yalnız həyat yoldaşımın istifadəsində olan xırda məbləğli kart var, onu da gedib bağlatdıracağam). Niyə?
Çünki elə həftə yoxdur ki, bu bankın hansısa bədbəxt müştərisi mənə müraciət etməsin ki, hesabından (kartından) pul çəkiblər.
Belə müraciətlərdə Azərbaycan Beynəlxalq Bankının müştəriləri də ikinci yerdədir (orada nəinki kartdan pul çəkirlər, hətta necəsə müştəridən xəbərsiz adına kredit də götürürlər – bu barədə ayrıca yazacağam).
26 dekabr tarixində Mərkəzi Bankın sədri ilə görüşdə də bu problemi qaldırmışam və demişəm ki, bu problem əsasən iri (sistem əhəmiyyətli) banklardadır.
O da məsələnin nəzarətdə olduğunu bildirərək qeyd etdi ki, iri bankların əməliyyatları çox olduğu üçün belə problemlərin də sayı təbii çoxdur.
Lakin məsələ yalnız bunda deyil. Bir sıra orta və kiçik banklar var ki, onlarda belə problemlər olmur!
İri bankların əsas problemi odur ki, acgözdürlər, inhisara meyllidirilər, o qədər müştəri cəlb edirlər ki, nəticədə həcmi həzm edə bilmirlər, normal təhlükəsizlik sistemi qura bilmirlər, kadr potensialları olduqca zəifdir və s.