“Kapital Bank”da dəyişklik Təyinat

30.01.2026

Mia.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Kapital Bank” ASC-nin İdarə Heyəti sədrinin birinci müavini təyin edilib.

Mia.az xəbər verir ki, səhmdarların Ümumi Yığıncağının qərarı ilə Cavid Mirzəyev bu vəzifəyə təyin edilib.

Cavid Mirzəyev 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində “Maliyyə və kredit” ixtisası üzrə bakalavr, 2006-2009-cu illərdə isə “İqtisadiyyatın dövlət tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi alıb.

2018-2020-ci illərdə London Biznes Məktəbində (London Business School) Executive MBA proqramını bitirib.

O, karyerasına Azərbaycan Mərkəzi Bankında iqtisadçı olaraq başlayıb və Bank Nəzarəti departamentinin Xarici nəzarət şöbəsinin müdiri vəzifəsinədək yüksəlib.

2014-cü ildən etibarən fəaliyyətini Kapital Bank ASC-də davam etdirir.

Bu müddət ərzində o, bankda Risklərin idarə edilməsi departamentinin direktoru və Baş Risk İnzibatçısı vəzifələrində çalışıb.

2019-cu ildən etibarən bankın İdarə Heyətinin üzvüdür.

2025-ci ildə İdarə Heyətinin üzvü, Baş Pərakəndə Biznes İnzibatçısı vəzifəsinə təyin edilib/banker.az.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью