“Kapital Bank”dan səhmdarlarını sevindirəcək xəbər

14.09.2026

Marja.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Kapital Bank” ASC səhmdarlara 2025-ci maliyyə ilinin yekunlarına əsasən dividend ödənilməsi məsələsini müzakirəyə çıxaracaq.

Marja.az Bankın səhmdarlara ünvanladığı bildirişinə istinadən xəbər verir ki, səhmdarların növbədənkənar ümumi yığıncağı 6 oktyabr 2026-cı il tarixində saat 11:00-da keçiriləcək.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 ünvanında yerləşən “Port Baku Towers 2” biznes mərkəzinin 17-ci mərtəbəsindəki “Silicon Valley” otağında baş tutacaq.

Yığıncağın gündəliyinə “Kapital Bank” ASC tərəfindən 2025-ci maliyyə ilinin yekunlarına əsasən səhmdarlara dividend ödənilməsi məsələsi daxil edilib.

Yığıncaqda iştirak etmək üçün səhmdarlar şəxsiyyətlərini təsdiq edən sənəd, nümayəndə vasitəsilə iştirak etdikdə isə qanunvericiliyə uyğun qaydada təsdiqlənmiş etibarnamə təqdim etməlidirlər.

Qeydiyyat iclasın başlanmasına 1 saat qalmış başlayacaq.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью