Kapital Bankın baş ofisi “Port Baku”ya köçüb

19.12.2024

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Kapital Bank"ın baş ofisi “Port Baku”ya köçüb.

APA-Economics” xəbər verir ki, bunu keçirilən mətbuat konfransında bankın İdarə Heyətinin sədri Fərid Hüseynov deyib.

“Port Baku Towers 2-də yerləşən daha müasir infrastruktura sahib yeni ofisimizə köçmüşük. İş şəraitimizin təkmilləşdirilməsi, ofisin yenidənqurulması üçün böyük investisiya ayırmışıq. Çox sevinirəm ki, bu məqamlar, səsləndirdiyimiz fikirlər rəsmi olaraq da öz təsdiqini tapır. Belə ki, biz bu il 2-ci dəfə “Great Place to Work” - Mükəmməl iş yeri sertifikatına layiq görülərək işçi məmnuniyyəti və iş şəraiti üzrə yüksək standartlara sahib olduğumuzu təsdiq etdik. Ofis satın alınmayıb, və icarəyə götürülüb. Bank hazırda daşınmaz əmlaka bu istiqamətdə investisiya etməyi perspektivli görmür", - deyə F. Hüseynov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью