“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub | Icma.az
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
30 dekabr 2025-ci il tarixindən “PAŞA Holding”in yeni törəmə şirkəti – “PAŞA Maliyyə Holding”i fəaliyyətə başlayıb.
Bu strateji addımla Qafqazın ilk tam inteqrasiyalı rəqəmsal ekosistemi olan Bir ekosistemi də yeni holdinqin tərkibinə daxil edilib və idarəetmə strukturunda mühüm təyinatlar həyata keçirilib.
Yeni strukturun formalaşdırılması ilə “PAŞA Holding”in Baş İcraçı direktorunun müavini və Bir ekosisteminin Baş İcraçı direktoru Fərid Məmmədov “PAŞA Maliyyə Holding”in Baş İcraçı direktoru və Bir ekosisteminin Müşahidə Şurasının sədri vəzifəsinə təyin edilib.
O, yeni vəzifəsi ilə yanaşı, “Kapital Bank” ASC-nin Müşahidə Şurasının sədri qismində də strateji rəhbərliyini davam etdirəcək.
“Kapital Bank” ASC-nin İdarə Heyətinin sədri və Baş İcraçı direktoru Fərid Hüseynov da yeni strateji vəzifəyə təyin olunub.
Fərid Hüseynova 2026-cı ilin yanvar ayından etibarən Kapital Bank-dakı vəzifəsi ilə yanaşı, Bir ekosisteminin Baş İcraçı direktoru səlahiyyəti də verilib.
Kapital Bank-ın İdarə Heyətinin üzvü Cavid Mirzəyev isə Bir ekosisteminin Fintex Biznesi üzrə rəhbəri təyin edilib.
Tam oxu
Xəbəri oxu