“Kapital Bank”ın Müşahidə Şurasının tərkibi dəyişəcək

22.01.2025

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kapital Bank”ın Müşahidə Şurasının tərkibində dəyişiklik ediləcək.

"APA-Economics" xəbər verir ki, bununla bağlı qərar fevralın 25-də “Kapital Bank” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağında veriləcək. Bundan əlavə, yığıncağın gündəliyinə bankın Müşahidə Şurasının əsasnaməsinə, Nizamnaməsinə dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Qeyd edək ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağı Bankın Bakı şəhəri, Füzuli küçəsi 71 ünvanında yerləşən ofisində keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью