Kapital Bankın rəhbərliyində dəyişiklik OLDU

11.12.2024

Redaktor.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Kapital Bank" ASC-nin rəhbərliyində dəyişiklik olub.

Redaktor.az  xəbər verir ki, Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb.

Həmçinin, səhmdarların qərarına əsasən Marey Aleksey Aleksandrviç "Kapital Bank"ın Müşahidə Şurasına müstəqil üzv seçilib.

Bununla da, Bankın Müşahidə Şurasının tərkibi sədr və müstəqil üzvlə birlikdə beş nəfərdən ibarət olub.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,9 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью