Kapital Bankın rəhbərliyində dəyişiklik olub

11.12.2024

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb

"Kapital Bank" ASC-nin rəhbərliyində dəyişiklik olub. AYNA-nın APA-ya istinadən verdiyi məlumata görə, Müşahidə Şurasının üzvü Rauf Yusif oğlu Hacıyev bankdan ayrılıb.

Həmçinin, səhmdarların qərarına əsasən Marey Aleksey Aleksandrviç "Kapital Bank"ın Müşahidə Şurasına müstəqil üzv seçilib.

Bununla da, Bankın Müşahidə Şurasının tərkibi sədr və müstəqil üzvlə birlikdə beş nəfərdən ibarət olub.

Xatırladaq ki, “Kapital Bank” 2004-cü ildə Birləşmiş Universal Səhmdar Bankının (“BUS Bank”) bazasında yaradılıb. Onun nizamnamə kapitalı 265,9 milyon manatdır. Bankın əsas səhmdarı daxil olduğu “PAŞA Holdinq” MMC-dir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью