Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Şəfa” Misli Premyer Liqasının X turunda “Sumqayıt”la heç-heçə etdi – 1:1.
Matçdan sonra bakılıların kapitanı Elnur Cəfərov “Futbolpress.az“ın suallarını cavablandırdı:
– Oyunla bağlı fikirlərinizi bölüşərdiniz.
– Məncə, dinamik matç keçdi. Epizodlarımız çox oldu, amma fərqlənə bilmədik. Futbolda bəxt amili də sözünü deyir. Dirəkdən qayıdan toplarımız oldu. Rəqib qapıçı da əla çıxış etdi, onu təbrik edirəm. Futbolun qanunudur, vurmayana vurarlar.
– Artıq neçənci oyundur ki, üstün olduğunuz matçlarda uduzursunuz…
– Necə deyim? Qol epizodları yaradırıq, üstün futbol göstəririk, amma fərqlənə bilmirik. Bunlar bizə də psixoloji təsir edir. Matça çox yaxşı hazırlaşmışdıq, meydanda da üstünlüyümüz göründü. Rəqibə heç qol fürsəti vermirdik. Bir əks-hücumdan fərqləndilər. Bəxt üzümüzə gülmədi.
– Növbəti oyun “Araz-Naxçıvan”a qarşıdır. Bugünkü bir xal motivasiya verəcək?
– Bizim üçün ağır qarşılaşma olacaq. Məqsədimiz yalnız üç xal qazanmaq olacaq.
– Hakim idarəçiliyi ilə bağlı nə düşünürsünüz?
– Top rəqibin futbolçusu Sulimanın əlinə dəymişdi və penalti təyin olunmalı idi. Başqa cür necə ola bilərdi ki? Məşqçilər heyəti də epizoda baxan kimi penalti olduğunu dedi. Referilər isə fərqli düşündü. Xırda foullarda da rəqibin lehinə qərarlar oldu. Qismət olsa, növbəti matçlarda yaxşı nəticələr üçün daha da çox çalışacağıq.
Şahin Cəfərov