Kapitan: “Əminəm ki, finalda stadion tam dolacaq”

18.09.2026

futbolpress-az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Kubokunun finalı ilk dəfə Gəncədə keçiriləcək. 2027-ci il mayın 12-nə planlaşdırılan matç Gəncə şəhər stadionunda oynanılacaq.

Ev oyunlarını bu arenada keçirən “Kəpəz”in kapitanı Əli Səmədovla mövzu ilə bağlı danışdıq:

– İlk dəfə Gəncə Azərbaycan Kubokunun finalına ev sahibliyi edəcək. Fikirlərinizi bilmək istəyirdim.
– Finalın Gəncədə olması yaxşı xəbərdir. Əminəm ki, stadion tam dolacaq və möhtəşəm atmosfer olacaq.

– Sizcə, komandanın final oynamaq potensialı var?
– Niyə də yox? Əlimizdən gələni edəcəyik. Açığı, əsas məsələ püşkdür, rəqiblərin kim olacağını bilmirik. Çalışacağıq ki, maksimum irəli gedək.

– Əvvəlki illərlə müqayisədə bu mövsümə yaxşı start vermisiniz. Komandanın nəticələrini necə şərh edərdiniz?
– Komandanın çıxışı qənaətbəxşdir. Turnir cədvəlində 6-cı sıradayıq. Hələ bir oyunumuz da ehtiyatdadır. Gələcəkdə necə olacağını deyə bilmərəm. Amma indiki durumumuz yaxşıdır. 4 oyunda 2 qələbə qazanmışıq və növbəti görüşdə də müsbət nəticə hədəfləyirik.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью