Kapitan gəmidə qaldı: Liverpul dan Van Dayk ilə yeni müqavilə Rəsmi | Icma.az
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Daha əvvəl xəbər verdiyimiz kimi, "Liverpul" müdafiəçisi Vircil van Dayk ilə yeni müqavilə mövzusunda razılıq əldə etmişdi.
Apasport.az xəbər verir ki, artıq tərəflər rəsmi müqaviləyə qol çəkiblər.Bu barədə klubun sosial media hesabı məlumat yayıb.
Müqavilənin detalları isə açıqlanmayıb. Futbolçu ilə 2027-ci ilə qədər nəzərdə tutulan yeni müqavilə imzalandığı ehtimal edilir.
33 yaşlı futbolçu İngiltərə Premyer Liqasının cari mövsümündə 32 oyun keçirib, 2 qol vurub və 1 məhsuldar ötürmə edib.
O, 2018-ci ildən “Liverpul”da çıxış edir.Qeyd edək ki, “Liverpul” daha öncə 32 yaşlı hücumçusu Məhəmməd Salahla da müqavilə müddətini uzatmışdı.
Neymar yenə zədələndi "Arsenal" Madrid səfərində tarixi uğur qazanıb "Real Madrid" - "Arsenal" matçında xaos - VİDEO “Tottenhem”də ciddi itki Qrizmannın durumuna aydınlıq gəldi Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu