Kapitan komandadan ayrılacaq RƏSMİ

15.05.2025

Sportal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Mövsümün sonunda "Lion"la müqaviləsi başa çatan kapitan Aleksandr Lakazet gələcəyi ilə bağlı qərarını verib.

Sportal.az xəbər verir ki, fransalı hücumçu komandadan ayrılacaq. Bu barədə futbolçu özü açıqlama verib.

33 yaşlı forvard klubla yeni sözləşmə imzalamayacaq.

Qeyd edək ki, Aleksandr Lakazet 2022-ci ilin yayından "Lion"da çıxış edir. Fransa millisinin sabiq üzvü bu mövsüm Liqa 1 təmsilçisinin heyətində meydana çıxdığı 41 rəsmi matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью