Kapitan Liverpul luları ümidləndirməyə çalışdı | Icma.az
Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir. ''Liverpul'' üçün ötən həftə kabus kimi keçdi.
Əla mövsüm keçirən və premyer-liqada inamla turnir cədvəlinə başçılıq edən ''qırmızılar'' Çempionlar Liqasında da əsas favorit sayılırdılar.''Football-plus.az'' xəbər verir ki, mersisaydlılar 4 gün ara ilə həm PSJ-yə uduzaraq ÇL-də mübarizəni dayandırdılar, həm də liqa kubokunun finalında gözlənilmədən ''Nyukasl''a məğlub oldular.
İndi ''Liverpul''un bu mövsüm üçün qazana biləcəyi yeganə turnir premyer-liqadı.
Ölkə kubokunda isə Arne Slotun kollektivi daha öncə mübarizəni dayandırmışdı.
Komandanın kapitanı və təcrübəli futbolçusu Vircil van Diyk son uğursuzluqların ardından açıqlamalar verib.
O, komandadakı enişə rəğmən mübarizə aparmaqda davam edəcəklərini deyib: ''Təəssüf ki, futbolda hər şey məhz bu cür qurulub.
4-5 gün ərzində iki dəfə uduzduq və sanki dünya üzərimizə yıxıldı. İnsanlar bərbad olduğumuzu və hər şeyin çökdüyünü söyləməyə başladılar.
Halbuki cəmi 2 həftə öncəyə qədər az qala ideala yaxın mövsüm keçirirdik. Qarşıda hələ premyer-liqanın 9 oyunu var.
Tam oxu
Xəbəri oxu