Icma.az bildirir, Qol.az portalına istinadən.
Kapitan "Liverpul"u tərk edə bilər
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
"Liverpul"un kapitanı Vircil van Deyk növbəti mövsümdən etibarən klubunu dəyişə bilər.
QOL.az xəbər verir ki, bu barədə "TEAMtalk" nəşri məlumat yayıb. 34 yaşlı niderlandlı mərkəz müdafiəçisi bu yay "mersisaydlılar"ı tərk etməyi planlaşdırır.
Qeyd olunur ki, bu fonda Türkiyə klubu "Qalatasaray" isə həm Van Deykə, həm də "Liverpul"a rəsmi təklif göndərməyə hazırlaşır.
Xatırladaq ki, niderlandlı oyunçunun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. "Transfermarkt" portalı onun cari bazar dəyərini 15 milyon avro olaraq qiymətləndirir.