Kapitan məğlubiyyətdən sonra istirahət günlərindən danışdı

04.05.2026

Qol.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Kapitan məğlubiyyətdən sonra istirahət günlərindən danışdı

"Liverpul"un kapitanı Vircil van Deyk komandanın məşq rejimi ilə bağlı tənqidlərə cavab verib.

QOL.az xəbər verir ki, "Reuters"in məlumatına görə, niderlandlı müdafiəçi Premyer Liqada "Mançester Yunayted"ə 2:3 hesablı məğlubiyyətdən sonra futbolçuların istirahət günlərini tətil kimi keçirməsi barədə iddialara aydınlıq gətirib: 

"Əgər nadir hallarda verilən bir istirahət gününüz varsa, insanlar ailələri ilə nə edəcəklərinə özləri qərar verirlər. Biz uşaq deyilik. Bəzən daha çox istirahət etmək də faydalıdır. Məsələn, Qvardiolanın "Mançester Siti"yə ardıcıl üç gün istirahət verdiyini və bunun nəticə verdiyini görürük. Əsas məsələ balansdır”.

O, nəticələr zəif olanda tənqidlərin artmasının normal olduğunu da qeyd edib.

Xatırladaq ki, "Liverpul" çempionatda 58 xalla 4-cü pillədə qərarlaşıb və mövsümü titulsuz başa vuracaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью