Kapitan: Nəticəni qorumağa çalışacayıq

16.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Turan Tovuz" Misli Premyer Liqasının XVII turunda "Zirə" ilə səfərdə 0:0 heç-heçə edib. Oyundan sonra "Turan Tovuz"un futbolçusu Şəhriyar Əliyev Sport24.az saytına açıqlama verib:

"Zirə" ilə oyunda ən azı məğlub olmamağa çalışırdıq. Rəqibimizlə aramızda 4 xal fərq var. Heyətlərində çox güclü futbolçular var. Bir xalı sərfəli hesab edirəm. Əsas odur ki, "Zirə"ni daha da yaxınlaşmağa imkan vermədik. Qarşıdakı matçlarda bu nəticəni qorumağa çalışacayıq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью