Kapitan olsa da, sarğı taxa bilməyəcək

22.08.2026

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kapitan olsa da, sarğı taxa bilməyəcək

“Liverpul”un baş məşqçisi Andoni İraola qapıçı Alisson Bekeri komandanın vitse-kapitanı təyin edib.

QOL.az xəbər verir ki, klubun yaydığı məlumata görə, Alisson liderlər qrupunda yer alsa da, qapıçı olduğu üçün kapitan sarğısını taxa bilməyəcək. Baş məşqçinin sözlərinə görə, “Liverpul”da əsas kapitan Vircil van Dayk olacaq. Onun meydanda olmadığı hallarda isə kapitan sarğısını Co Qomes və ya Dominik Soboslai daşıyacaq.

İraola bu qərarın yeni qaydalarla bağlı olduğunu bildirib:

“Alissona izah etdim ki, qapıçı olduğu üçün sarğını taxması mümkün olmayacaq. Yeni qaydalar qapıçının kapitan olması halında müəyyən çətinliklər yaradır. Meydanın digər tərəfində nəsə baş verəndə hakim qərarını kapitana izah etməlidir. Bu isə qapıçı üçün əlavə problemlər yaradır”.

O, Alissonun komanda üçün vacib lider olduğunu da vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью