Kapitan qalmaq istəyir, klub gözləmədədir

04.06.2025

Icma.az, futbolpress-az portalına istinadən məlumatı açıqlayır.

Belaruslu futbolçu Yeqor Xvalkonun “Kəpəz”lə müqaviləsi başa çatıb.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi müdafiəçi ilə bağlı hələ qərarını verməyib. Gözləmədə olan “sarı-göylər” hələ oyunçuya yeni müqavilə təklif etməyib.

Xvalko klubda qalmağa müsbət yanaşır. O, ölkəsinə dönmək istəmir və Azərbaycanda qalmaq niyyətindədir.

Xvalko başa çatan mövsümdə Premyer Liqada 33 oyuna çıxıb.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью