futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Kəpəz” Misli Premyer Liqasında 6 oyundan sonra 10 xalla altıncı sıradadır. Son illərin ən yaxşı startını edən gəncəlilərin kapitanı Əli Səmədov “Futbolpress.az“ın suallarını cavablandırdı:
– 6 oyun və 10 xal. Nəticələri necə dəyərləndirirsiniz?
– Mövsümə yaxşı başlamışıq. Bacardığımız qədər xallar qazanmağa çalışırıq və buna nail oluruq.
– Növbəti tur sizdən bir xal öndə olan “Zirə”ni qəbul edəcəksiniz. Gözləntiləriniz nələrdir?
– “Zirə” güclü rəqibdir. Heyət baxımından bizdən daha yaxşıdırlar. Ancaq biz evimizdə oynayacağıq. Azarkeşlərimizin də dəstəyi ilə xal və ya xallar almağa çalışacağıq.
– Ardıcıl xallar qazanırsınız. Bu, komandada eyforiya yaratmaz?
– Çempionatın əvvəlidir, hələ nəyəsə nail olmamışıq. Seriyamızı davam etdirmək istəyirik. Xallarımızı artırmaq və yaxşı yerlərdə olmağı arzulayırıq.
– “Araz-Naxçıvan”la sonuncu tur matçında iştirak etmədiniz. Səbəb nə idi və bu mövsüm oyun praktikanız istədiyiniz qədərdirmi?
– Son matçda zədəli olduğum üçün meydana çıxmadım. Digər görüşlərdə də iki matçda tam 90 dəqiqə oynamamışam. Bu il daha çox şans qazanıram və istəyirəm ki, davamlı olsun.
Şahin Cəfərov